Tereza Mey Ər-Riyada baş örtüksüz getdi

Tereza Mey Ər-Riyada baş örtüksüz getdi
07:44 5 Aprel 2017
79 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın baş naziri Tereza Mey Səudiyyə Ərəbistanına səfəri zamanı XİN-nin təlimatına məhəl qoymayaraq, baş örtüyündən  imtina edib.   

 

APA-nın “The Independent”ə istinadən verdiyi xəbərə görə, XİN ekspertləri T.Meyə ənənəvi ərəb donu və ləçəyi geyinməyi məsləhət görüblər. Lakin hökumət rəhbəri yerli ənənəyə əməl etməyəcəyini bildirib.

 

“Ümid edirəm ki, xalq mənim simamda lider görərək, qadının nəyə nail ola biləcəyini anlayacaq”, - deyə Mey qeyd edib.    

 

Nəşr qeyd edir ki, Səudiyyə Ərəbistanının qanunvericilində əcnəbilərin baş örtüyündən istifadənin icbariliyini göstərən bənd yoxdur. Lakin, əcnəbilər bir qayda olaraq müsəlman adətlərinin sərt qaydalarını pozmamağa çalışırlar.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR