UEFA Avropa komandalarını eyni qrupda görmək istəmir

UEFA Avropa komandalarını eyni qrupda görmək istəmir
08:05 5 Aprel 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Avropa ölkələrinin milli komandaları futbol üzrə 2026-cı il dünya çempionatında müxtəlif qruplara bölünəcəklər. Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsinin üzvü Frantişek Laurinets açıqlama verib.

O, Finlandiyanın paytaxtı Helsinkidəki iclasda DÇ-2026-nın formatını müzakirə etdiklərini bildirib: "Avropa yığmaları mundialda eyni qrupa düşə bilməzlər. Onlar 16 qrupa bərabər bölünəcəklər. Bu qərar FİFA Konqresində təsdiqlənməlidir. Artıq ali futbol qurumunun Şurası belə bölgüyə razılıq verib".

Qeyd edək ki, FİFA Konqresi mayın 11-də Bəhreynin paytaxtı Manamada keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR