Millimiz neçənci yerdədi? - 2 oyun + 2 qələbə = 2 xal

Millimiz neçənci yerdədi?  - 2 oyun + 2 qələbə = 2 xal
08:07 5 Aprel 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə milli komandaların reytinq siyahısı yenilənib. Fanat.Az xəbər verir ki, AVRO-2018-in bu ay keçiriləcək seçmə oyunlarından öncə siyahıda ciddi dəyişiklik yoxdu.


 

Səbəb son vaxtlar az sayda oyun keçirilməsi, yoxlama görüşlərinin baş tutmamasıdı. Elə bu üzdən də planetin 10 ən güclü komandasının mövqeyi dəyişməz qalıb.

 

Azərbaycan millisinin də mövqeyi dəyişməyib. Lakin yığmamız hesabına 2 xal əlavə edib. Buna Biro Jadenin yetirmələrinin Moldova ilə 2 yoxlama oyununun nəticəsi səbəb olub. 6:1 və 3:2 hesablı qələbələr millimizin xal hesabını 1435-dən 1437-yə qaldırıb. Artıma baxmayaraq yığmamız hələ də planetin 10-cusudu.

 

Millimizin AVRO-2018-in seçmə mərhələsindəki rəqiblərindən Macarıstan 1176 xalla 32-ci, Bosniya və Hersoqovina 1113 xalla 38-ci, Albaniya 843 xalla 77-ci yerdə qalıb.

 

İlk “onluq”

1. Braziliya - 1916

2. İspaniya – 1889

3. Rusiya - 1763

4. Argentina - 1706

5. İtaliya - 1619

6. İran - 1595

7. Portuqaliya - 1570

8. Ukrayna - 1483

9. Qazaxıstan - 1451

10. Azərbaycan – 1437



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimiz-necnci-yerddi-t57346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR