Bakıda kütləvi dava: 2 gənc bıçaqlandı

Bakıda kütləvi dava: 2 gənc bıçaqlandı
09:12 5 Aprel 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonu ərazisində 2 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Cavadxan küçəsi, bina 23a-nın qarşısında qeydə alınıb.
Belə ki, 4 nəfər arasında düşən əlbəyaxa dava sonda 2001-ci il təvəllüdlü Qəhrəmanlı Əli Namiq oğlu və 2000-ci il təvəllüdlü Salayev İsmayıl Seymur oğlunun bıçaqlanması ilə nəticələnib.

Zərərçəkənlər bədənlərinin müxtəlif nahiyələrindən aldıqları bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR