"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "İnter"ə qarşı

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "İnter"ə qarşı
09:12 5 Aprel 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mərhələnin cavab matçları çərçivəsində keçiriləcək iki qarşılaşmadan biri Bakıda, biri əyalətdə baş tutacaq.

İlk finalçı Qəbələdə müəyyənləşəcək. Eyniadlı komanda öz meydanında "İnter"i sınağa çəkəcək. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri klub tarixində 2-ci dəfə finala çıxmağa yaxındı. Zaur Svanadzenin komandası isə möcüzəyə imza atmalıdı ki, adını finala yazdırsın.
 
Günün ikinci görüşündə Azərbaycan derbisi gerçəkləşəcək. 1992-ci ildən ölkə miqyaslı yarışların iştirakçısı olan "Qarabağ"la "Neftçi" Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.
 
Səfərdə 2 cavabsız qolla qələbə qazanan Qurban Qurbanovun yetirmələri ardıcıl 3-cü dəfə finala çıxmağa yaxındı. Son 5 finalın iştirakçısı olan "Neftçi" isə Elxan Abdullayevlə seriyanı davam etdirmək üçün çətin vəzifənin öhdəsindən gəlməlidi. Bunun üçün bakılılar çempionun qapısından ən azı 2 qol keçirməlidi.
 
Qeyd edək ki, final oyunu mayın 5-də keçiriləcək.
 
Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
5 aprel (çərşənbə)

16:30. "Qəbələ" - "İnter"
Qəbələ şəhər stadionu
İlk oyun - 3:1

19:30. "Qarabağ" - "Neftçi"
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 2:0

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR