"Latsio" finalda

"Latsio" finalda
09:17 5 Aprel 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Latsio" klubu futbol üzrə ölkə kubokunun final mərhələsinə vəsiqə qazanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, yarımfinal oyununun cavab matçında səfərdə "Roma"nın qonağı olan komanda 2:3 hesabı ilə uduzsa da, iki matçın nəticəsinə görə turnirin finalına çıxa bilib.

Qalib komandanın heyətində Stefan əl-Şaaravi (43-cü dəqiqə) və Məhəmməd Salah (66, 90) fərqlənib. Qonaqların qollarını Sergey Milinkoviç-Saviç (37) və Çiro İmmobile (56) vurub.

Komandalar arasında ilk oyun "Latsio"nun 2:0 hesablı qələbəsi ilə bitib.
Roma komandası turnirin iyunun 2-də keçiriləcək final matçında "Napoli" - "Yuventus" cütünün qalibi ilə qarşılaşacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR