Deputatdan Gəncədəki BİABIRÇILIĞA REAKSİYA

Deputatdan Gəncədəki BİABIRÇILIĞA REAKSİYA
09:53 5 Aprel 2017
659 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva Gəncədə baş verən biabırçı hadisəyə münasibət bildirib.

Deputat Feysbuk profilində baş verən hadisəni və hadisə iştirakçılarını qınayıb. O, əmi ilə qardaşı qızınının nikahını kəsən din xadiminin cəzalanmasını istəyib:

"Gəncədə bir "insan"ın öz qardaşı qızını qaçırması, birlikdə yaşaması və dini nigaha daxil olması ilə bağlı yayılmış xəbərləri bir az öncə dəhşət içərisində oxudum. Və hələ də ola bilməz. yəqin yanlış məlumat yayılıb deyərək, belə bir şeyin baş vermədiyinə inanmaq istəyirəm. Çünki bu, çox dəhşətli bir şeydir və onların hər iksinin psixoloji vəziyyətlərinin normal olmadığını düşünürəm. Normal adam belə bir şeyi nəinki etməz, etməyi belə düşünməz.

Yayılan məlumatlarda məni dəhşətə gətirən bir məsələ də qardaşı qızı ilə əminin dini nikaha girməsi oldu. Bu məsələ ciddi araşdırılmalıdır və əgər məlumatlar doğrudursa, buna yol verən din xadimi dəhşətli bir addım atdığının məsuliyyətini daşımalıdır. Cəmiyyətdə əxlaqi və psixolji deqradasiyaya uğrayan insanların artması ciddi narahatlıq doğurmalıdır. Nə etməli? İndi bu vacib sual ətrafında psixoloqlar, mütəxəssislər fikirlərini bölüşməlidir. Bu cür dəhşətli hadisələrin artmaması üçün.Və cəmiyyət olaraq birlikdə çalışmalıyıq", - deyə Qənirə Paşayeva yazıb.

Gəncədə BİABIRÇILIQ: Ailəli kişi qardaşı qızını qaçırdı - VİDEO

Əmisinə qoşulub qaçan qız evli olub, 2 uşaq anasıdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/193810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR