İbrahimoviç Zolaya yaxınlaşdı, Mourinyo 4-cü oldu

İbrahimoviç Zolaya yaxınlaşdı, Mourinyo 4-cü oldu
10:17 5 Aprel 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının XXXI turunda "Everton"la heç-heçə edərək (1:1), növbəti dəfə xal itkisinə məruz qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son dəqiqə qolu sayəsində "qırmızı şeytanlar"ı məğlubiyyətdən xilas edən hücumçu Zlatan İbrahimoviç rekorda bir qədər də yaxınlaşıb.

Belə ki, isveçli forvard 35 yaşı tamam olduğu və 36 yaşa keçdiyi oktyabrın 3-dən bəri İngiltərə Premyer Liqasındakı qollarının sayını 12-yə çatdırıb. 36 yaşda bir mövsümdə ən çox qol vuran futbolçu isə Canfranko Zoladı. İbranin "Çelsi"nin əfsanəsinə çatması üçün cəmi 2 qolu qalıb. İbrahimoviç cari mövsüm Premyer Liqada 26 oyunda 16 qola imza atıb.
 
Bundan başqa, "Mançester Yunayted" bu mövsüm "Old Trafford"da keçirdiyi 16-cı oyunda 10-cu dəfə büdrəyib. Cəmi 6 qələbə ilə 38%-lik nəticə göstərən baş məşqçi Joze Mourinyo bu baxımdan 3 mütəxəssisdən geri qalır. Onu yalnız Aleks Ferqyuson (75%), Lui van Qal (68%) və Devid Moyes (44%) qabaqlayır.
 
Qeyd edək ki, "Mançester Yunayted" hazırda 54 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR