Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir

Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir
10:19 5 Aprel 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

 

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarının hərəkət cədvəlindən çıxma hallarının baş verdiyini bildirib.

 

Qurumdan Lent.az-a verilən məlumata görə, belə hallar isə sözügedən qatarın mənzil başına çatmasında gecikmələr yaradır. Bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur.

 

Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə 7 aprel tarixindən etibarən Bakıdan, 8 aprel 2017-ci il tarixindən etibarən isə Gəncədən 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR