Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir

Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir
10:23 5 Aprel 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarının hərəkət cədvəlindən çıxma halları baş verir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Publika.az-a verilən məlumata görə,belə hallar isə sözügedən qatarın mənzil başına çatmasında gecikmələr yaradır. Bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur.

Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə 7 aprel 2017-ci il tarixindən etibarən Bakıdan, 8 aprel 2017-ci il tarixindən etibarən isə Gəncədən 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/193815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR