ABŞ-la Şimali Koreya arasında vəziyyət gərginləşdi

ABŞ-la Şimali Koreya arasında vəziyyət gərginləşdi
10:28 5 Aprel 2017
213 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Tramp ilə Çinli həmkarı Xi Jinpingin görüşməsinə saatlar qala atılan raket vəziyyəti gərginləşdirib.

Publika.az xəbər verir ki, sabah ABŞ prezidentinin Floridada Xi Jinpingi qarşılayacağı gözlənilirdi.

Donald Tramp həftə ərzində verdiyi açıqlamalarda Şimali Koreya rəhbərliyinin əməliyyatları dayandırmayacağı halda ABŞ-ın hərəkətə keçəcəyini dəqiq şəkildə ifadə etmişdi: "Əgər Şimali Koreyanın işini Çin həll etməsə, biz həll edəcəyik. Hələlik sizə bu qədərini deyirəm".

Yüksək aspektlə atılan ballistik raket 9 dəqiqə havada qalıb.

ABŞ Müdafiə Nazirliyi bildirib ki, Şimali Koreya bir daha ballistik raket yoxladı. Yerli vaxtla 11:42-də atılan ballistik raket 11:51-də Yapon Dənizinə düşüb.

İlkin məlumata görə, atılan orta miqyaslı KN-15 tipi ballistik raket olub.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR