Sərnişinlərə bəd xəbər: Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir

Sərnişinlərə bəd xəbər: Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir
10:37 5 Aprel 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Gəncə-Bakı "Ekspress" qatarı iqtisadi cəhətdən səmərəli olmadığına görə ləğv edilir.  

Bu barədə Milli.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Şöbə rəisinin sözlərinə görə, Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı "Ekspress" qatarının hərəkət cədvəlindən çıxma halları baş verir: "Belə hallar isə sözügedən qatarın mənzil başına çatmasında gecikmələr yaradır.

Bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı "Ekspress" qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur. Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə 7 aprel 2017-ci il tarixindən etibarən Bakıdan, 8 aprel 2017-ci il tarixindən etibarən isə  Gəncədən 608/607 nömrəli Bakı-Gəncə-Bakı "Ekspress" qatarı  ləğv edilir".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR