Qoşun tam döyüş hazırlığına gətirildi – MÜHARİBƏ TƏHLÜKƏSİ

Qoşun tam döyüş hazırlığına gətirildi – MÜHARİBƏ TƏHLÜKƏSİ
10:43 5 Aprel 2017
137 Dünya
Ölkə mətbuatı
A- A+

Cənubi Koreya qoşunları Koreya Xalq Demokratik Respublikasının (KXDR) son raket sınaqları ilə əlaqədar tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Cənubi Koreya Silahlı Qüvvələrinin Baş qərargahının bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, Cənubi Koreya qoşunları şimalın istənilən təxribatlarına cavab verməyə hazırdır.

Qeyd edək ki, Şimali Koreya Yapon dənizi istiqamətində növbəti ballistik raketini buraxıb. ABŞ-ın Sakit okean komandanlığının məlumatına əsasən, KXDR “Pukkıkson-2” tipl orta mənzilli ballistik raketi “sınaqdan keçirib. Raketin 60 kİlometr məsafə qət etdiyi bildirilir.

Yaponiya hökuməti Şimali Koreyanın növbəti dəfə ballistik raketini sınaqdan keçirməsini pisləyib.

“Pukkıkson-2” raketi həmçinin fevralın 12-də özüyeriyən işəsalma qurğusundan sınaqdan keçirilmişdi.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR