Baş Polis İdarəsindən girov götürüldüyü deyilən vətəndaşla bağlı AÇIQLAMA

Baş Polis İdarəsindən girov götürüldüyü deyilən vətəndaşla bağlı AÇIQLAMA
10:47 5 Aprel 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakininin iki il əvvəl girov götürüldüyü və külli miqdarda pulunun əlindən alındığı barədə yayılan məlumatla bağlı açıqlama yayıb.

Milli.Az xəbər verir ki, BŞPİ-dən APA-ya bildirilib ki, vətəndaş Nuriyev Hüseyn Rəsul oğlu respublika rəhbərliyinə müraciət edərək, 2015-ci ildə Hövsan qəsəbəsində bir qrup şəxs tərəfindən girov götürüldüyünü, Binə Atıcılıq Mərkəzində işgəncələrə məruz qalaraq hədə-qorxu yolu ilə külli miqdarda pulunun əlindən alındığını iddia edib. Həmin müraciətin bir nüsxəsi mətbuata göndərilib və ictimailəşdirilib.
 
"Müraciətə Bakı Şəhər Baş Polis İdarəsində baxılıb, onun əsasında müvafiq araşdırmalar aparılıb, amma vətəndaşın iddiaları təsdiqini tapmayıb", - açıqlamada bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR