Bakıda məktəbdə 1-ci sinif şagirdi yıxılaraq xəstəxanalıq oldu

Bakıda məktəbdə 1-ci sinif şagirdi yıxılaraq xəstəxanalıq oldu
11:12 5 Aprel 2017
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda məktəbdə 1-ci sinif şagirdi yıxılaraq xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, N.Nərimanov adına 45 saylı orta məktəbin 1-ci sinfində oxuyan 2010-cu il təvəllüdlü Abdulla Herakıyev Abdulla məktəbin pilləkənindan yıxılaraq bədən xəsarətləri alıb.

O, "Təcili yardım" maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Məktəblinin nəzarətsiz vəziyyətdə yıxılmasının səbəbləri araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR