Qadınlar təyyarədə saçyolduya çıxdı - VİDEO

Qadınlar təyyarədə saçyolduya çıxdı  - VİDEO
11:13 5 Aprel 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Baltimor-Los Anceles marşrutu ilə uçan təyyarənin göyərtəsində sərnişinlər arasında dava düşüb.

İki qadın sərnişinin yüksək səslə musiqi dinləyib. Musiqi kənardakı sərnişinləri narahat edib. Narahatlıqlarını bildirən sərnişinlər arasında mübahisə yaranıb.

Publika.az xəbər verir ki, mübahisə edən qadınlar sonradan saçyolduya çıxıblar. 5 qadın sərnişin bir-birini təhqir edərək əlbəyaxa olublar. Qadınların davasına digər sərnişinlər müdaxilə etməyib. Bəziləri həmin hadisəni anbaan lentə alaraq sosial şəbəkələrdə paylaşıb.

Təyyarə hadisə səbəbilə təcili eniş edib. Polis əməkdaşları tərəfindən ifadələri alınan 5 qadın sərbəst buraxılıb.

Publika.az həmin görüntüləri təqdim edir:

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR