Putinin keçmiş arvadı yeni əri ilə görüntüləndi

"StarHit" jurnalı Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Putinanın iş adamı olan əri Artur Oçerodniy ilə Londonun hava limanında çəkilmiş fotolarını dərc edib.

Metbuat.az bildirir ki. şəkilləri təqdim edən şəxsin sözlərinə görə, o, hava limanında Vladimir Putinin keçmiş həyat yoldaşını görüb. Xanım Putinanın hava limanında olması oradakı insanların diqqətini cəlb edib.

Qeyd edək ki, Lyudmila Putinanın yeni ərinin əsl centlmen kimi davaranaraq, ağır çamandaları daşıması jurnalda xüsusi qeyd olunub.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR