Türkiyə Bəşər Əsədi ittiham etdi

Türkiyə Xarici İşlər Nazirliyi Suriyada Kütləvi qırğın silahından istifadə ilə bağlı beynəlxalq aləmə müraciət ünvanlayaraq, tezliklə araşdırmalara başlamağı xahiş edib.

Metbuat.az bildirir ki, rəsmi Ankara Suriya hökumətinə də mesaj göndərərək, bu vəhşiliyi dayandırmağa, kütləvi qətllərə son qoymağa çağırıb. Lakin Bəşər Əsəd rejimi faktı təkzib edir. Suriya ordusunun Kütləvi qırğın silahlarına malik olmadığını deyir. Bəzi versiyalara görə, Suriyada zəhərli qazın tətbiqi Bəşər Əsədin nüfuzunun aşağı salınmasına hesablanıb.

Qeyd edək ki, baş verən hadisə Suriyanın kütləvi qırğın silahlarından istifadənin qadağan olunması haqda 2013-cü ildə qoşulduğu konvensiya, eyni zamanda, BMT-nin 2118, 2209 saylı qətnamələrinin kobud şəkildə pozulmasıdır.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR