Avropada müharibə təhlükəsi...

Cəbbəlütariq hökuməti İspaniyaya aid hərbi gəminin yarımadanın cənubunda görünməsindən narahatlığını ifadə edib

Metbuat.az bildirir ki, gəminin bu əraziyə icazəsiz girdiyi açıqlanıb. Cəbbəlütariqin İngiltərəyə bağlı olması hər iki dövlət rəsmilərini əməli tədbirlər həyata keçirməyə sövq edib. İspan donanmasına məxsus hərbi gəminin icazəsiz yarımadaya daxil olması Dəniz Hüquqları Konvensiyasının pozulması kimi qiymətləndirilib.

Qeyd edək ki, 300 ildən çoxdur ki, İngiltərəyə bağlı olan Cəbbəlütariqə İspaniya da iddia edir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR