BMT araşdırmalara başladı

BMT-nin Suriya üzrə Təhqiqat Komissiyası Suriyanın İdlib vilayətində baş verən qırğınla əlaqədar araşdırmalara başlayıb.

Metbuat.az bildirir ki, Komissiya aprelin 4-də baş verən hücumu pisləyərək, səbəbkarların axtarışı istiqamətində aparılan işlərdən danışıb.

Qeyd edək ki, Komissiya qırğından sağ çıxan yaralılar arasında da sorğu-sual işləri aparır.

Tezliklə araşdırmanın nəticələrinin bəyan olunacağı bildirilib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR