Sami Xedira Azərbaycanla oyunu yada saldı

Sami Xedira Azərbaycanla oyunu yada saldı
12:12 5 Aprel 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

Madriddə hətta yaxşı oynayanda da məni fitə basırdılar.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniya yığmasının və "Yuventus"un futbolçusu Sami Xedira deyib.

Xarici mətbuata açıqlamasında maraqlı fikirlər səsləndirən 30 yaşlı yarımmüdafiəçi sabiq klubu "Real"la hazırda çıxış etdiyi "Yuventus"u müqayisə edib: "Real"da işimə hörmət edilmirdi. Həmin vaxt "Yuventus"dan mənimlə əlaqə saxladılar. Başqa klublardan da təkliflər var idi. Onda başa düşdüm ki, futbolçu olmaq nə deməkdi? Hazırda karyeramın ən yaxşı dövrünü yaşayıram".
 
Almaniya yığmasına qayıdan və DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə Bakıdakı qarşılaşmada iştirak edən Xedira yaxşı formada olduğunu bildirib. O, gələn il mundiala yollanmaq arzusunda olduğunu dilə gətirib: "Yığmaya qayıtdım. Azərbaycanla oyuna fiziki cəhətdən tam hazır idim. Heç vaxt özümü belə hiss etməmişdim. Formada qalmağın ən effektiv yolunu tapmışam. "Yuventus"dan ayrılmaq barədə düşünmürəm. Milli ilə dünya çempionatına yollanmaq istəyirəm".
 
Qeyd edək ki, "Yuventus"la 2019-cu ilə qədər müqaviləsi olan Sami Xedira 2009-cu ildən Almaniya yığmasının şərəfini qoruyur. O, Bundestimin heyətində 70 oyunda 7 qola imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR