Bütün dünyanı heyran qoyan əkiz bacılar - FOTOLAR

Bütün dünyanı heyran qoyan əkiz bacılar - FOTOLAR
12:13 5 Aprel 2017
134 Digər
Ölkə mətbuatı
A- A+

Viniçeus Terranın "Nadir güllər" layihəsinin qəhrəmanı olan əkiz bacılar bütün dünyanı heyrətləndirib.

Albinos əkizlərə (ağbəniz əkizlər) dünyada çox nadir hallarda rast gəlinir. Dərilərinin şəffaflığı ilə seçilən əkizlər sadə braziliyalı bir ailədə dünyaya gəliblər.

Publika.az xəbər verir ki, Lara və Mara adlı əkiz bacılar artıq bir sıra məşhur brendlərin geyim kolleksiyalarının reklam çəkilişində iştirak ediblər.

11 yaşlı əkizlərin özlərindən başqa qara dərili bir bacıları daha var. Şeylanın bu əkizlərin bacısı olmasına inanmaq çətin olsa da onlar eyni ata-ananın övladlarıdır. Onları sadəcə dərilərinin rəngi ayırır.

Fotoqraf qızların möhtəşəm gözəlliyinə valeh olub.

Xatırladaq ki, Tanzaniyada albinos olmaq qorxu filmində baş rol oyunçusu olmaq kimidir. Tanzaniyada 2007-ci ildə 53 albinos qətlə yetrilib. Yerli xalq albinosların şans gətirdiyinə inandıqları üçün onları öldürüb əllərindən, ayaqlarından hazırlanan mayelərdən içirlər.

Bəzi bölgələrdə albinos körpələri doğulan kimi öldürüb orqanlarını satırlar. Onların orqanlarını 75 min dollara belə alanlar olub.

Albinosların ən çox məskunlaşdığı ölkə məhz Tanzaniya sayılır. Burada 270 mindən çox albinos yaşayır.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/193828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR