Elza: "Məni başa düşmək üçün fəlsəfə oxusunlar" - FOTO

Elza: "Məni başa düşmək üçün fəlsəfə oxusunlar" - FOTO
12:22 5 Aprel 2017
107 Şou
Ölkə mətbuatı
A- A+

Bir neçə gündür ki, əməkdar artist Elza Seyidcahanın yeni şeiri sosial şəbəkədə müzakirələrə səbəb olub.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, nəzmdə yer alan "tüpürüm-tüpürüm, sicim-sicim" ifadələr təhqir hesab edilib.

E.Seyidcahan açıqlamasında bildirib ki, onun şeirlərini başa düşmək üçün fəlsəfə bilmək, ədəbiyyat oxumaq lazımdır:

"Sicim" sözünü səhv anlayanlara demək istəyirəm ki, bu ifadənin mənası qalın, ip deməkdir. Özləri necədilərsə, o formada da başa düşürlər. Demək, gün ərzində dillərindən və fikirlərindən o söz düşmür. Fəlsəfəni bilməyən şeir yaza bilməz. Mənim və başqa şairlərin şeirlərində fəlsəfə var. Niyə təəccüblənirlər ki? Dərinliyə varsalar, mənim həqiqətlərə uyğun şeirlər yazdığımı görəcəklər. Mənə söz yığımı etdiyimi deyirlər. Bacarırsınız siz də söz yığımı edin və mənim qədər müzakirə olunun. Ədəbi dildən istifadə edirəm, gedib bir az ədəbiyyat, fəlsəfə oxusunlar. Onda məni başa düşərlər. Əsas odur ki, mən onların anladığı dilin səviyyəsinə düşmürəm".

E.Seyidcahan şeirlərinin dillər əzbəri olduğunu iddia edib:

"Sevinirəm və özümü xoşbəxt sayıram ki, bu dərəcədə müzakirə olunuram. Sosial şəbəkələrdə hamı bunu paylaşır, fikir yazır. Tənqid edənlər kimi mənə tərif yazanlarda var. Hətta bir-biriylə danışanda mənim şeirimdən sitat gətirirlər. Hər bir şairin böyük arzusudur ki, insanlar onun şeirini oxusunlar. Məndə tək oxumurlar, əzbərləyirlər, dillərində dolaşır. Elə istədiyim də budur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/532239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR