Temperatur 22 dərəcəyə qalxacaq

Temperatur 22 dərəcəyə qalxacaq
12:39 5 Aprel 2017
129 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.

 

Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 16-18° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında isə sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

 Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271396

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR