"Sarı gəlin" ​Azərbaycan mahnısı deyil!

(Hüseyn Cavidlə Akif İslamzadəni birləşdirən mesaj)

Sizə maraqlı bir əhvalat danışım. Bir neçə il əvvəl tok-şouların birində (indi olmasın) kulisarxası diskussiya gedirdi.

Söhbətin qızğın yerində mövzu Sarı gəlin mahnısının üzərinə gəldi.

Çox hörmətli ziyalılarımızdan birinin sualı bütün zalı susdurdu. Deyin görək Sarı gəlini Azərbaycanda ilk dəfə kim ifa edib?

Çox yaxşı sual idi. Hamı bir-birinə baxırdı. Nəhayət bir cavab gəldi. Məsələn Akif İslamzadə.

- Çox gözəl. İndi deyin görək Akif İslamzadədən əvvəl hansı məşhur ifaçımız bu mahnını oxuyub? (yenə də sükut) Bəlkə Rəşid Behbudov oxuyub? Bəlkə Şövkət xanım oxuyub? Oxuyardılar da. Niyə məsələn qaragiləni hamı oxuyub, amma sarı gəlini oxumayıblar? Yenə də Sovet vaxtı qadağan idi, oxuyublar amma arxivlərdə gizlədilib kimi cavablar gəldi. Ziyalımız isə sualını özü cavablandırdı.

- Bəli, sarı gəlin mahnısını bizdə ilk dəfə məhz Akif İslamzadə ifa edib. Bunun da maraqlı izahı var. Ümumiyyətlə o vaxt biz hara gedirdiksə Akif müəllim bütün təhlükələrə baxmayaraq özünün Türkçülüyü ilə fəxr edirdi. Hər yerdə Türk axtarırdı.

Repertuarında da bacardığı qədər belə mahnılara yer ayırırdı. Bir peşəkar musiqiçi kimi deyə bilərəm ki, sarı gəlin Türk mahnısıdır. Onun ritmik bazası da tamam fərqlidir. Diqqətlə fikir verin. Erzurum çarşı pazarı, leylim aman aman, içinde bir kız gezer, oy nenen ölsün, sarı gelin. Mövzunu çox araşdırıblar. O versiyalar üzərində nəsə yazmağa ehtiyac da yoxdur.

Sadəcə mənə doğrudan da maraqlı gələn odur ki, Hüseyn Cavid də Şeyx Sənan əsərində Sarı Gəlini sanki bir mesaj kimi vermişdi. Onu da müsəlman, xristian sevgisi fonunda itirməyə çalışıb gizlətmişdi. Cavid əfəndidən sonra uzun illər hamı bu mövzuda susdu. Düz Akif İslamzadəyə qədər hamı susdu. Məlum məsələdir. Hüseyn Cavidin özünü də susdurmuşdular. Çox maraqlıdır ki, Akif İslamzadənin də aqibəti qəribə oldu. Sanki kimlərsə sarı gəlin mesajını çox aydın şəkildə tutmuşdu. Müsəlman xristian sevgisini isə bizə Şəhriyarın sözləri ilə təqdim etdilər. Ya sən İslamı qəbul eylə, mənim dinimə gəl, Ya ki, təlim eylə mən məzhəbi-İsaya gəlim. Buna da şükür... Dahi Şəhriyar isə öz qeydlərində məhz bu beytin Seyid Əzim Şirvaniyə aid olduğunu yazırdı. Deyilənə görə Şəhriyara uşaq vaxtı layla əvəzinə nənəsi bu qəzəli oxuyarmış, o da bu beytə nəzirə kimi Getmə, tərsa balası şeirini yazdı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR