Azərbaycanlı müğənni 1 saatlıq toy üçün 12 min manat alır

Şübhəsiz hər kəs özünün yaxud övladının toyunun yüksək səviyyədə keçməsini arzulayır. Buna görə də, toy sahibləri şou-biznes nümayəndələrindən birini, yaxud bir neçəsini öz toyunda görmək istəyir.

Metbuat.az xəbər verir ki, şou-biznesdə adı ən çox toya gedən müğənnilər siyahısında olan Elton Hüseynəliyev və Eyyub Yaqubovu da tez-tez el məclislərində görmək olar. Bu məşhurlar toya hansı qiymətə gedir?

Araşdırmalarımıza görə, Eyyub Yaqubov yarım saat ərzində toyda iştirakı üçün 3000 AZN qonorar tələb edir. Prodüserliyini Tolikin etdiyi ifaçı Elton Hüseynəliyevi toyunda görmək istəyənlər isə bir saat üçün ona 12000 AZN ödəməlidirlər.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR