UEFA AFFA-ya 1 milyon avro əlavə vəsait ayıracaq

UEFA AFFA-ya 1 milyon avro əlavə vəsait ayıracaq
13:07 5 Aprel 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

UEFA ona üzv olan bütün milli assosiasiyaların hər birinə 1 milyon avro əlavə vəsait ayıracaq. Bu barədə Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Konqresdə UEFA-nın prezidenti Aleksandr Çeferin açıqlama verib.


"Biz hər bir assosiasiyaya cari tsikl üçün əlavə olaraq, 1 milyon avro ayırmağı qərara aldıq. Belə ödənişlər UEFA-nın yaxşı maliyyə nəticələri və uğurlu turnirlər sayəsində mümkün oldu" deyə sloveniyalı funksioner bildirib.


Qeyd edək ki, UEFA-nın tərkibinə 55 milli assosiasiya, o cümlədən AFFA daxildir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-uefa-affa-ya-1-milyon-avro-lav-vsait-ayracaq-t57355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR