Məşhur aktyorun sol qolu iflic olub - FOTO

Məşhur aktyorun sol qolu iflic olub - FOTO
13:17 5 Aprel 2017
135 Maraqlı
Ölkə mətbuatı
A- A+

Tanınmış aktyor, Hollivud ulduzu Morqan Friman dünən Londonda "42nd Street The Musical" müziklinin premyerasına qatılmışdı.

Milli.Az The Sun-a istinadən bildirir ki, 79 yaşlı aktyorun sol əli xüsusi tibbi əlcəkdə idi. Aktyorun sol qolu iflic olduğundan o, əlinin damarlarındakı qanın tıxanmaması üçün bu kompression əlcəkdən yararlanıb.

9 il əvvəl, 2008-ci ildə Morqan Frimanın idarə etdiyi avtomobil ABŞ-ın Missisipi ştatındakı yollardan birində qəzaya düşmüş, aşaraq 3 dəfə çevrilmişdi.

Həmin qəzadan sonra aktyorun sol əli iflic qalıb.

Morqan Frimanın dediyinə görə, sınmış çiyinin xroniki ağrılarından və fibromialgiyadan da əziyyət çəkir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/532166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR