Pəhrizdə olanlar üçün ləzzətli salat

Toyuqdan hazırlanan salat pəhrizdə olanlar üçün ən ideal seçimdir.

Metbuat.az xəbər verir ki, toyuq salatını hazırlamaq üçün bu ərzaqlara ehtiyacınız var:

Tərkibi:

450 qram dərisiz və sümüksüz toyuğun döş əti
1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
1 ədəd qabığı soyulmuş xiyar (əgər təzə xiyarınız yoxdursa, onu turşu xiyarla əvəz edə bilərsiniz)
2 ədəd suda bişmiş və qabığı soyulmuş yerkökü
1 ədəd yaşıl bolqar bibəri
1 ədəd qırmızı bolqar bibəri
1 ədəd sarı və ya narıncı bolqar bibəri
Zövqə görə xırda doğranmış şüyüt
Duz, istiot
Mayonez

Hazırlanmasına gəldikdə, toyuq ətini uzunsov doğrayın və ya əlinizlə didin. Digər ingrediyentləri nazik və uzunsov doğrayın. Ərzaqların hamısını bir qabda qarışdırın. Soyuducuda saxladıqdan sonar servis edə bilərsiniz.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR