Əminin qardaşı qızı ilə nikaha daxil olması...

Gəncədə 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırdığı iddia olunur.

Dində əmi və qardaş qızının nikaha daxil olması nə dərəcədə doğrudur?

Bununla bağlı Metbuat.az-a açıqlama verən ilahiyyatçı Hacı Teyyib Süleymanov bildirib ki, Quran ayəsinə görə, ana, nənə, xala, bibi, qardaş-bacı qızları, süd anaları, qaynana, atanın evləndiyi qadının övladı, atanın evlənib boşadığı qadın naməhrəmdir. Yəni, bu şəxslərlə evlənmək haramdır.

İlahiyyatçı alim Elşad Miri isə qeyd edib ki, ümumiyyətlə İslamda dini nikah yoxdur. Dində qız əmisinə ərə gedə bilməz.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR