12 mənzilin girişindən su sayğaclarını oğurladılar

12 mənzilin girişindən su sayğaclarını oğurladılar
13:39 5 Aprel 2017
79 Digər
Ölkə mətbuatı
A- A+

Su sayğacları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Yusif Şahbazov və Mehman Əliyev tutulublar.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan birinin su sayğacını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Yusif Şahbazov və əvvəllər məhkum olunmuş Mehman Əliyev tutulublar.


Ətraflarında aparılan tədbirlərlə onların daha 12 mənzilin girişindən su sayğacları oğurlamaları da müəyyən edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271402

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR