Türkiyənin gündəmindəki qadın: mənə məşhur olduğumu dedilər

Türkiyənin gündəmindəki qadın: mənə məşhur olduğumu dedilər
13:42 5 Aprel 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

25 ildi bu işlə məşğulam. Futbolçular və məşqçilər mənə çox kömək edirlər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Superliqanın XXVI turunun "Qalatasaray" - "Adanaspor" matçında meydan komissarı olmuş Sevgi Yalçın deyib.

"Qalatasaray"ın 4:0 hesablı qələbə qazandığı görüşdə meydandan kənarda olması ilə diqqət çəkən 62 yaşlı qadın bir anda bütün Türkiyənin gündəmində yer alıb.
 
Bununla bağlı ajansspor.com saytına danışan sabiq hakim Volkan Yalçının anası maraqlı fikirlər səsləndirib. Türkiyənin ilk qadın meydan komissarı olan Sevgi Yalçın ona qarşı olan münasibətdən məmnunluq bildirib: "Futbolçuların kişiyə olan münasibətlə qadına olan münasibəti arasında fərq var. Mənə həddindən artıq köməkləri dəyir. İstər federasiya nümayəndələri, istər hakimlər, istərsə də, futbolçular "Qalatasaray" - "Adanaspor" oyununda bu baxımdan çox yaxşı idilər. Xüsusilə, ehtiyat hakim mənə bütün məsələlərdə dəstək verdi. Təbii ki, mənim də ona köməyim dəydi. Klub prezidentləri və rəsmiləri məni gördükləri zaman "bacı, xoş gəldin" deyirlər, hörmətlə yanaşırlar.

Bu, Superliqada təyinat aldığım 35-ci oyun idi. 25 ildi bu işi gördüyüm üçün güclü həyəcan keçirmədim. İstər həvəskarlar liqası, istərsə də, yüksək liqa olsun, bütün oyunlara eyni həyəcanla çıxıram. "Qalatasaray" - "Adanaspor" oyunundan sonra hər kəsin münasibəti ürəyimcə idi.

Mənə məşhur olduğumu bildirirlər. Mən də onlara "niyə indi məşhur olum, 25 ildi ki, bu sahədəyəm" deyirəm. Sadəcə, meydana ilk dəfə baş örtüyü ilə çıxdığım üçün bu qədər diqqət cəlb etdim. Buna müsbət yanaşanlarla yanaşı, mənfi baxanlar da oldu. İndiyə qədər yüzlərlə peşəkar, minlərlə həvəskar oyuna təyinat almışam".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR