AITF-2017 sərgisində pulsuz aviabiletlər və “SW Bank Miles” kartları oynanılacaq

AITF-2017 sərgisində pulsuz aviabiletlər və “SW Bank Miles” kartları oynanılacaq
13:47 5 Aprel 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bank Silk Way" hər kəsi aprelin 6-dan 8-ə kimi Bakıda keçiriləcək 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər "AITF 2017" sərgisini ziyarət etməyə dəvət edir.

Ziyarətçilər AZAL və onun tərəfdaşı Bank Silk Way-ın birgə stendində aviaşirkətin və bankın nümayəndələri ilə söhbət edə biləcəklər. Həmçinin bankın məhsulları və miles kartları haqqında dolğun məlumat alıb, kartları stenddə onlayn sifariş etmək imkanı qazanacaqlar.

"Bank Silk Way" ASC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, kartları onlayn sifariş edən sərgi iştirakçıları əlavə 100 bonus balı hədiyyə qazanacaqlar. Kart sifarişi zamanı şəxsiyyət vəsiqəsinin olması mütləqdir.

Sərgi müddətində stendin ziyarətçiləri arasında "Azərbaycan Hava Yolları"nın uçuşlar yerinə yetirdiyi istiqamətlərə pulsuz aviabiletlər, həmçinin Visa Classic Miles, Visa Gold Miles və Visa Platinum Miles kartları oynanılacaq.

"AITF" sərgisi Azərbaycanda sürətlə inkişaf edən turizm bazarının əlamətdar hadisəsidir və hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı iştirakçı və qonaqları bir araya toplayaraq mühüm görüşlərin keçirildiyi və tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi turizm sənayesinin qovşağına çevrilmişdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/532285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR