Rusiyada 83 yaşlı qadını öldürən azərbaycanlıya hökm oxundu

Rusiyada 83 yaşlı qadını öldürən azərbaycanlıya hökm oxundu
13:52 5 Aprel 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada 83 yaşlı qadını qətlə yetirən azərbaycanlı 9 il 7 ay azadlıqdan məhrum edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Lipetsk vilayətində 28 yaşlı azərbaycanlıya hökm oxunub. O, başqasının evinə qanunsuz daxil olma və qətldə ittiham olunub. Azərbaycanlı cəzasını sərt rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hadisə 2016-cı il oktyabrın 29-da baş verib. Qonşu qəsəbədə yaşayan azərbaycanlı velosipedlə Stanovlyansk rayonunun Aleksandrovka kəndinə gedib. O, kənddə 83 yaşlı qadının evinə daxil olub. Baş verən mübahisə zamanı o, qadını bıçaqla qətlə yetirib. Qadının meyiti səhəri gün qonşular tərəfindən aşkar edilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb, lakin tez bir zamanda saxlanılıb. İstintaq zamanı o, cinayətini etiraf edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/532268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR