Peterburq metrosundakı terrorla bağlı 6 nəfər saxlanılıb

Peterburq metrosundakı terrorla bağlı 6 nəfər saxlanılıb
14:04 5 Aprel 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

 

Sankt-Peterburqda 14 nəfərin ölümü ilə nəticələnən metro terroru ilə bağlı şübhəlilər saxlanılıb.

 

Lent.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, həmin şəxslərin hamısı Orta Asiya əsillidir. 

 

Həmin şəxslər 2015-ci ilin noyabr ayından İŞİD-in planlaşdırdığı terror hadisələrinin təşkilatçılığı üçün Sankt-Peterburq ərazisinə gəliblər. Hazırda həmin şəxslərin yaşadıqları mənzillərdə yoxlamalar aparılır. Yoxlamalar zamanı onların evlərindən dini ekstremist ədəbiyyatlar, sənədlər aşkarlanıb.

 

Hələlik saxlanılan 6 nəfərin terroru törədən şəxslə əlaqələrinin olub- olmadığı dəqiqləşməyib. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR