Seçki prosesi başladı, Elxan Məmmədov səs verdi

Seçki prosesi başladı, Elxan Məmmədov səs verdi
14:05 5 Aprel 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın 41-ci Növbəti Konqresi keçirilir. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, tədbirdə qitə futbol qurumunun İcraiyyə Komitəsinə seçkilər də baş tutacaq.
 
UEFA-nın İcraiyyə Komitəsinə 8 vakant yer uğrunda 12 namizəd mübarizə aparır. Namizədlərin sırasında AFFA-nın baş katibi Elxan Məmmədov da var. Onun rəqibləri Zibiqnev Bonek (Polşa), Kayrat Boranbaqey (Qazaxıstan), Con Delani (İrlandiya), Armand Duka (Albaniya), Raynhart Qrindel (Almaniya), Karl Erik Nilson (İsveç), Kiran Okonnor (Uels), Mişel Uva (İtaliya), Sərvət Yardımçı (Türkiyə), Devid Hill (İngiltərə), və Maykl van Praaqdı (Hollandiya). Kipr Futbol Assosiasiyasının fəxri prezidenti Marios Lefkalitis isə bir müddət öncə namizədliyini geri götürüb.
 
Məmmədov seçkilərdə uğur qazanacağı halda, UEFA-da yüksək vəzifə tutan ilk azərbaycanlı olacaq.  
 
UEFA-ya üzv olan 55 ölkə federasiyasının prezidentləri və nümayəndələrinin iştirak etdiyi tədbirin gündəliyində bu məsələlər yer alıb:
- Qarşıdakı 4 ildə UEFA İdarə Heyətində çalışacaq 8 üzvün müəyyənləşməsi
- Növbəti 4 ildə UEFA-nı FİFA-da təmsil edəcək 4 üzvün seçki ilə müəyyənləşməsi
- Növbəti 2 ildə UEFA-nı FİFA-da təmsil edəcək 1 üzvün seçki ilə müəyyənləşməsi
- UEFA prezidenti, İdarə Heyəti, və komitə sədrlərinin illik fəaliyyətlə bağlı hesabatı
- 2015/2016 mövsümünün maliyyə hesabatı və 2017/2018 mövsümünün büdcə təsdiqi
- UEFA-nın Klub Maliyyə Nəzarət Komitəsinin strukturunun təsdiqlənməsi
 
***
 
UEFA-nın İcraiyyə Komitəsinə üzvlərdən olan qazaxıstanlı Kayrat Boranbaqey qısa çıxış edərək, namizədliyini geri götürdüyünü bildirib. Bununla da namizədlərin sayı 11-ə enib.
 
***
 
UEFA-nın İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi prosesinə artıq start verilib. Azərbaycandan AFFA-nın baş katibi Elxan Məmmədov səsvermədə iştirak edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR