Ekspert: "Azərbaycan İslam dünyasında sülhməramlı rolunu gücləndirəcək"

Ekspert: "Azərbaycan İslam dünyasında sülhməramlı rolunu gücləndirəcək"
14:05 5 Aprel 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bütün müsəlman ölkələrini, o cümlədən bu gün aralarında fikir ayrılıqları olan ölkələri bir meydançaya toplayacaq.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Türkiyənin "Strategic Outlook" Beynəlxalq Araşdırma Mərkəzinin prezidenti Yusif Çinar deyib.

Onun sözlərinə görə, bu gün İslam dünyası çətin günlərini yaşayır.

Y.Çinar müsəlman ölkələri arasında mövcud olan gərginliyin səbəblərindən biri kimi bir neçə il əvvəl İranda keçirilməli olan II İslam Oyunlarının ləğv edilməsini göstərib: "IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi Bakının müsəlman dünyasında sülhməramlı rolunu daha da gücləndirəcək".

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR