UEFA AFFA-ya 1 milyon avro ödəyəcək

UEFA AFFA-ya 1 milyon avro ödəyəcək
14:22 5 Aprel 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

Futbolu pul idarə etməməlidi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu UEFA-nın prezidenti Aleksandr Çeferin deyib.

Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın 41-ci Növbəti Konqresi keçirilir.
 
Qitənin ali futbol qurumunun rəhbəri tədbirin əvvəlində çıxış edib: "Futbolun dəyərlərinə hörmət etmək lazımdı. Pulları hesabına bizdən güclü olduğunu düşünənlərin şantajına uymamalıyıq. Keçmişdən qorxmamalı, irəli getməkdən çəkinməməliyik. Futbol narahat dünyada insanlara xəyal qurmaq şansı yaradır. Futbol arzusu hələ də yaşayır. Uşaqların, xüsusilə də, balaca qızların futbola gəlişi uğurlu gələcəyinin açarıdı. Bu, uzunmüddətli investisiyadı".
 
Çeferin söhbət əsnasında UEFA-nın ona üzv olan hər assosiasiyaya əlavə 1 milyon avro ödəyəcəyini də açıqlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR