Futbolçu meydanda hakimi döydü: huşunu itirdi - VİDEO

Futbolçu meydanda hakimi döydü: huşunu itirdi -   VİDEO
14:27 5 Aprel 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliyada oynanılan matçda dünya futbolunda görünməmiş hadisə baş verib. Fanat.Az xəbər verir ki, hirsli futbolçu hakimi döyüb, nəticədə ədalət təmsilçisi huşunu itirib.


Hadisə aşağı liqanın "Rio Tinto" - "Kanales" matçında baş verib. Qonaq komandanın futbolçusu Marko Qonçalves ikili mübarizədən sonra rəqibini vurub. Bu səbəbdən oyunun baş hakimi Joze Rodriges onu meydandan qovub.


Bu zaman əsəblərinə hakim ola bilməyən futbolçu gözlənilmədən hakimə hücum edib. Qonçalves əvvəlcə referini ələ ilə vurub, sonra diz atıb. Yerə yıxılan Joze Rodriges huşunu itirib.


Hirsli futbolçunu təhlükəsizlik əməkdaşları meydandan çətinliklə uşaqlaşdırıb.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-futbolcu-meydanda-hakimi-doydu-huunu-itirdi-t57359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR