"Real" və "Atletiko" arasında gərginlik yarana bilər

"Real" və "Atletiko" arasında gərginlik yarana bilər
14:27 5 Aprel 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının 31-ci turunda öncə "Real" və "Atletiko" nümayəndələri arasında nəzərdə tutulan rəsmi nahar ləğv oluna bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunun səbəbi "kral klubu"nun Teo Ernandesin transferini 24 milyon avro qarşılığında həll etmək istəyidir. "Atletiko" bu mövsüm "Alaves"ə icarəyə verdiyi gənc müdafiəçinin prinsipial rəqibinə getməsinə isti yanaşmır. "Real" isə Ernandeslə şəxsi müqaviləni razılaşdırıb və buraxılış qiymətini ödəməyə hazırdır.

"Teonun transferi barədə bizə heç nə məlum deyil. O, bizim futbolçudur və hazırda "Alaves"də çıxış edir. Mövsümün sonunda onun "Atletiko"ya qayıdacağı, yoxsa "Alaves"də qalacağı məlum olacaq" - "Atletiko"nun prezidenti Enrike Sereso deyib.

"Real" - "Atletiko" qarşılaşması aprelin 8-də baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR