İTV Yayım Şurasının üzvlüyünə namizədlərin adları açıqlandı - SİYAHI

İTV Yayım Şurasının üzvlüyünə namizədlərin adları açıqlandı - SİYAHI
14:33 5 Aprel 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Mədəniyyət komitəsinin İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsinə baxılıb.

Komitə sədri Rafael Hüseynov deyib ki, namizədlər Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparat rəhbəri Həsən Cəfərov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərovdur.

O bildirib ki, bu şəxslər cəmiyyətdə kifayət qədər aktivdirlər.

Məsələ Milli Məclisin iclasına tövsiyə olunub. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/193858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR