Kim Çen In ABŞ-a meydan oxudu

Şimali Koreya ABŞ və Çin prezidentlərinin görüşündən sonra növbəti ballistik raket sınaqdan çıxarıb.

Metbuat.az xəbər verir ki, bu haqda məlumatı ABŞ və Cənubi Koreya yayıb. Onlar raketin KXDR-in şərqində yerləşən Sinpo limanından Yapon dənizinə doğru 60 km məsafədə atıldığını bildirir.

Şimali Koreya nüvə sınaqlarını sülh məqsədilə istifadə etdiyini desə də, qonşu ölkələr bundan daim narahatçılıq keçirir.

ABŞ prezidenti Donald Tramp, "Çin Şimali Koreya məsələsini həll etməsə, bu işlə özümüz məşğul olacağıq" deyə bildirib.

Qeyd edək ki, tezliklə Trampla Çin prezidentinin görüşü baş tutacaq. Görüşdə müzakirə ediləcək əsas məsələ məhz Şimali Koreyanın nüvə proqramı ilə bağlı olacaq.

Şimali Koreya rəhbərliyi isə ABŞ tərəfindən atılacaq addımın cavabsız qalmayacağını bildirib.

“ABŞ tərəfindən hər hansı addım atılsa, nəinki Cənubi Koreya, eyni zamanda ABŞ əraziləri də nüvə silahına tuş gələcək. Bunun üçün bir düyməni sıxmaq kifayətdir”, deyə Kim Çen In bildirib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR