​Sankt-Peterburqdakı terrorla bağlı

Sankt-Peterburq metrosunda baş vermiş terrorla əlaqədar şübhəli bilinən 6 nəfər saxlanılıb.

Metbuat.az bildirir ki, terroru araşdırıan Rusiya İstintaq Komitəsi ölkəyə işləmək məqsədilə gələn altı Asiya vətandaşını saxlayaraq, onlar barəsində Cinayət Məcəlləsinin 205.1 maddəsi ilə (terror fəaliyyətinə kömək) cinayət işi başladıb. Rusiya Federasiyası və digər ölkələrdə fəaliyyəti qadağan olunan təşkilatla iş birliyində olduğu iddia olunan şübhəlilər barəsində istintaq davam edir. İstintaq Komitəsi onların metroda törədilmiş terrorda əsas şübhəli hesab olunan 22 yaşlı Qırğızıstan vətəndaşı Əkbərcon Cəlilovla heç bir qohumluq və ya tanışlıq əlaqəsini təsdiqləyən faktın əllərində olmadığını da diqqətə çatdırıb.

Qeyd edək ki, Cəlilovun evində aparılan axtarış zamanı heç bir partlayıcı vəsait aşkar olunmayıb.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR