Aprelin 19-da dünya dağıla bilər

Aprelin 19-da Yer kürəsinə olduqca yaxın məsafədən nəhəng meteor keçəcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) açıqlama verib. Bildirilib ki, həcmi 640-1400 metr arasında olan nəhəng səma cismi Yerə 1,7 milyon km məsafəyə qədər yaxınlaşacaq. 2014-cü ildə kəşf edilən bolidə “2014 JO25” verilib. “2014 JO25” son 400 ildə Yer kürəsinə yaxınlaşan ən böyük səma cismidir. Qarşıdakı 480 il ərzində planetimizə bu həcmdə bolidin yaxınlaşmayacağı qeyd olunur.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR