Azərbaycanda kabel şəbəkəsi yayımı qanunla tənzimlənəcək

Azərbaycanda kabel şəbəkəsi yayımı qanunla tənzimlənəcək
15:12 5 Aprel 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda kabel şəbəkəsi yayımının qanunla tənzimlənməsi nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin müzakirəsində deyib.

Bu gün Azərbaycanda 17 kabel şəbəkəsinin fəaliyyət göstərdiyini deyən R.Hüseynovun sözlərinə görə, bu sahədə sui-istifadə halları var: "Bu da məsələnin tənzimlənməsini zəruri edir. Bir müddət əvvəl xarici kanalların yerli tezliklərdə yayımlanması dayandırıldıqdan sonra kabel şəbəkəsinin imkanları bir qədər artıb".

Hazırkı dövrdə "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin hazırlanmasını zəruri sayan R.Hüseynov qeyd edib ki, layihə ekspert baxışından keçib. Layihə 17 maddədən ibarət olsa da, kabel şəbəkəsi yayımı ilə bağlı ortaya çıxan bütün məsələlərə cavab verir: "Kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yaratmaq qanun layihəsinin 1-ci, ondan istifadə edənlərin marağının təmin edilməsi 2-ci məqsəddir. Bu yayım üçün əlverişli mühit yaratmaq da məqsədlərdən biridir. Bu qanunda sahibkarların, abonentlərin marağını nəzərə almaqla yanaşı, dövlətin və millətimizin marağı da nəzərə alınıb. Layihədə xarici reklam hüdudları da müəyyənləşdirilib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR