Azərbaycanda kabel televiziyalarına yeni YASAQ

Azərbaycanda kabel televiziyalarına yeni YASAQ
15:12 5 Aprel 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

"Xarici ölkələrlə bağlı reklamların yayımlanması yerli reklam bazarına birbaşa ziyan vurur. Buna görə də kabel şəbəkəsi ilə yayımlanan xarici kanalların reklamı məhdudlaşdırılır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu günki iclasında "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, 2002-ci ildə "Teleradio yayımı haqqında" qanun qəbul edildikdə kabel şəbəkəsi inkişaf etməmişdi. Ona görə də MTRŞ öz daxili imkanları hesabına bu sahəni tənzimləyirdi.

N.Məhərrəmli deyib ki, lakin artıq bu sahədə həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyi baş verib.

O qeyd edib ki, bu gün Azərbaycanda kabel şəbəkəsi yayımı ilə məşğul olan 17, internet üzərindən yayımla məşğul olan 15 hüquqi və fiziki şəxs var:

"Bundan əlavə, kabel şəbəkəsi yayımı əvvəl Bakının bir hissəsini əhatə edirdisə, indi onun əhatə dairəsinə Sumqayıt, Mingəcevir şəhəri və s. daxil olub. Bundan başqa, əvvəllər kabel şəbəkəsi yayımı ilə yalnız 40-50 kanala baxılırdısa, indi bu kanalların sayı 100-ə çatıb. Teleradio yayımının yeni üsulu - internet üzərindən yayım yaranıb. Bu sahə o qədər sürətlə inkişaf edir ki, onun fəaliyyətinin tənzimlənməsinə ehtiyac var".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR