Putin bu ölkələrə xəbərdarlıq etdi

Rusiya prezidenti Vladimir Putin terrorla üz-üzə qalan ölkələrin adlarını açıqlayıb.

Metbuat.az bildirir ki, MDB ölkələri bu siyahıda birinci yeri tutur. Putin, MDB ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşdə terrorun qarşısının alınmasının vacibliyindən danışıb:

“Biz görürük ki, vəziyyət getdikcə pisləşir. Sübut isə Sankt-Peterburq metrosunda baş verən terrordur. Terrorla mübarizənin daha da gücləndirilməsi üçün əməkdaşlığımızı artırmalıyıq”.

Qeyd edək ki, MDB dövlətləri arasında 25 il əvvəl təhlükəsizlik məsələləri sahəsində əməkdaşlıqla bağlı saziş imzalanıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR