"Əhali yerli kanallardan çox, Türkiyə və Rusiya telekanallarına baxır" - Nuşirəvan Məhərrəmli

"Əhali yerli kanallardan çox, Türkiyə və Rusiya telekanallarına baxır" - Nuşirəvan Məhərrəmli
15:14 5 Aprel 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan telekanallarında reklam olduqca aşağı səviyyədədir”.
 
APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nüşrəvan Məhərrəmli Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildriib ki, buna səbəb əhalinin qonşu ölkələr - Türkiyə və Rusiya kanallarına üstünlük verməsindədir: “Bunun günahı o ölkələrdə deyil. Sadəcə, insanlarımız həmin ölkələrin dillərini sərbəst bildikləri və o telekanallardakı proqramlar onlara maraqlı gəldiyi üçün baxırlar. Bu baxımdan o ölkələrin telekanallarının reklamları da çox rahat bizim ölkə bazarına yer tapır, rahat reklam olunurlar. Amma bunun da çarəsi var və elə də ciddi problem deyil. Məsələn, kabel televiziyaları həmin ölkələrin kanallarını yayımlayarkən reklamlar zamanı hansısa vasitə ilə o hissəni dayandıra bilərlər. Ümumiyyətlə, yeni qanun layihəsi imkan verəcək ki, biz bunun da həllini tapaq. Təbii ki, ilk növbədə sərt tədbirlərə üstünlük verməyəcəyik”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271417

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR