İmişli sakini arvad-uşağını girov götürdü, qayınatasının maşınını güllələdi - ŞOK

İmişli sakini arvad-uşağını girov götürdü, qayınatasının maşınını güllələdi - ŞOK
15:23 5 Aprel 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli rayon sakini Abbasov Əli Vəli oğlu ailə münaqişəsi zəminində ailə üzvlərini girov götürüb.

Avropa.info xəbər verir ki, Ə.Abbasov ailə problemlərinin həlli üçün gəlmiş qayınatasına etiraz edib və onun avtomobilinə odlu silahdan atəş açıb.

Atəş nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Ə.Abbasov ailə üzvlərini iki saata yaxın evdə girov saxlayıb. Hadisə gecə saatlarında olub.

Hadisə yerinə İmişli rayon Polis Şöbəsinin əməkdaşları gəliblər. Polisin müdaxiləsindən sonra Ə.Abbasov təslim olub.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi açılıb.

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/193871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR