"Xarici kanalların Azərbaycanda yayımlanması yerli televiziyalara zərbədir" - MTRŞ sədri

"Xarici kanalların Azərbaycanda yayımlanması yerli televiziyalara zərbədir" - MTRŞ sədri
15:49 5 Aprel 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda 17-si kabel, 15-i IP televiziya kanalı olmaqla, 32 televiziya kanalı fəaliyyət göstərir”.
 
APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Yayımları Şurasının sədri Nüşrəvan Məhərrəmli Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.
 
O qeyd edib ki, 2002-ci ildə teleradio ilə bağlı qanun qəbul olunduqda kabel şəbəkəsi o qədər də inkişaf etməmişdi: “Zamanla bu sahədə böyük dəyişikliklər baş verdi, bu da yeni qanuna ehtiyac yaratdı . Bu gün nəinki Bakı və Sumqayıtda, Gəncədə, Mingəçevir də bu şəbəkə ilə əhatə olunub. Əvvəllər bu xidmətdən istifadə edən insanlar 40-50 xarici kanala baxırdılarsa, hazırda 100-dən çox kanala baxa bilirlər. Son 1 ildə 15 hüququ şəxs bu yayımla məşğul olmaq üçün Şuraya müraciət edərək lisenziya alıb. Kabel şəbəkəsi yayımı çox böyük əhəmiyyət kəsb edir. Yeni qanunda dövlət maraqlarının qorunması məsələsi ciddi şəkildə önə çıxır. Bu məsələlər bir-birinə bağlı olan məsələdir”.
 
MTRŞ sədri deyib ki, xarici ölkə kanallarının Azərbaycanda yayımlanması yerli televiziyaların reklam bazarına ciddi zərbədir: “Bu baxımdan xarici kanalların reklamları məhdudlaşdırılır. Bundan əlavə, xarici kanalların kabel şəbəkəsində yayımı ilə bağlı qeydiyyatdan keçmə məsələsi də var ki, yeni qanun layihəsində bu məsələlərə yer ayrılıb”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR